AZ

Gürcüstanda 20 Yanvar faciəsinə həsr olunmuş anım günü tədbirləri keçirilib (FOTO)

Bakı. Trend:

Gürcüstanın müxtəlif şəhərlərində 20 Yanvar faciəsinin 35-ciildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.

Məlumata görə, Dmanisi Tədris Mərkəzində "20 Yanvar – Zəfərəaparan yol” mövzusunda tədbir təşkil olunub. Öncə iştirakçılarDmanisi rayonunun Oruzman kəndində yerləşən 9 Aprel və 20 Yanvarşəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Tədbirşəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsiilə başlayıb. Mərkəzin rəhbəri Kamran Xıdırov 1990-cı ilinyanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycanxalqına, dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışıb.Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışındansonra 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymətverildiyini qeyd edib. Digər çıxışçılar öz növbələrində Vətəninmüdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqqsəsini ucaltmış dinc əhalinin 1990-cı ilin Qanlı Yanvar hadisələrizamanı sovet qoşunları tərəfindən amansızcasına qətləyetirilməsinin təkcə Azərbaycan xalqına qarşı deyil, ümumbəşəridəyərlər, humanizm əleyhinə törədilən cinayət olduğunubildiriblər.

Marneulidə fəaliyyət göstərən “Azərbaycan Evi”nin təşəbbüsü,təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF)dəstəyi ilə xalqımızın 20 yanvar və Gürcüstanın 9 aprel faciələrinəhəsr olunmuş “Milli Dirəniş və Azadlığa Gedən Yol” adlı foto-sərgivə tədbir keçirilib. Tədbirdə Azərbaycanın və TürkiyəninGürcüstandakı səfirliklərinin nümayəndələri, Bütün GürcüstanMüsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev, TİKA-nın Gürcüstannümayəndəliyinin baş direktoru Zeynəb Bayraq, Türkiyənin “MAARİF”Məktəblərinin Gürcüstan nümayəndəliyinin baş direktoru FarukTekşen, Marneuli Bələdiyyəsinin üzvləri və əməkdaşları, ictimaiyyətnümayəndələri, din xadimləri, ziyalılar, gənclər iştirak edib.Əvvəlcə 20 yanvar və 9 aprel faciələrində, eləcə də Gürcüstanın vəAzərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanlarınəziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. “Azərbaycan Evi”nindirektoru Məhəbbət İmanov 20 yanvar və 9 aprel hadisələri haqqındaməlumat verib. Daha sonra Azərbaycanın Gürcüstandakı Səfirliyininhərbi attaşelik aparatının rəhbəri Kamil Əfəndiyev və GürcüstanMüsəlmanları İdarəsinin şeyxi Hacı Faiq Nəbiyev çıxış edərək 20yanvar və 9 aprel faciələrinin Azərbaycan və gürcü xalqlarınınqəhrəmanlıq, azadlıq salnaməsi, şərəfli tarixi olduğunubildiriblər. Tədbirin sonunda Faxralı kənd orta məktəbininşagirdləri hər iki faciəyə həsr olunmuş şeirlər səsləndirib.

Marneulidə daha bir tədbir “Gürcüstan Azərbaycanlılarınınİnteqrasiya Mərkəzi”ndə keçirilib. Faciə qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü iləGAİM-in icraçı direktoru Murad Muradov açaraq bildirib ki, 20Yanvar hadisələrinin təfərrüatlarını hər bir azərbaycanlıbilməlidir və unutmamalıdır. Tədbirin sonunda iştirakçılara “20Yanvar. Danışan talelər” adlı sənədli film nümayiş olunub.

Rustavi Təhsil və Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin35-ci ildönümünə həsr olunmuş anım tədbiri də şəhidlərin əzizxatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Tədbiri giriş sözü ilə açan Mərkəzin rəhbəri Raida Dərziyeva buqanlı soyqırım barədə məlumat verib. Sonra şair-rublisist RafiqHümmət, Qardabani şəhər 3 saylı məktəbin müəllimi SevdaŞahverdiyeva və digərləri baş verən hadisələrin Azərbaycan xalqınınmüstəqillik uğrunda mübarizə əzmini qıra bilmədiyini, xalqımızınyenilməzliyini bütün dünyaya nümayiş etdirdiyini söyləyiblər.Tədbirdə sonunda Mərkəzin şagirdlərinin hazırladığı ədəbi-bədiikompozisiya və 20 Yanvar faciəsinə həsr olunmuş sənədli videofilmgöstərilib.

Tbilisidəki “Alyans” Gənclər Mərkəzində təşkil edilən tədbiriniştirakçıları 20 Yanvar faciəsinə aid fotosərgiyə baxıb. Mərkəzinicraçı direktoru Rəna Hüseynova bu tarixin Azərbaycanı müstəqilliyəaparan yolda dönüş nöqtələrindən biri olduğunu, xalqımızınqəhrəmanlığı və Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində SSRİrəhbərliyinin öz məkrli məqsədlərinə çata bilmədiklərini söyləyib.Daha sonra Gürcüstan Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsakNovruzov, iqtisadçı alim Aygül İsayeva, Tengiz Məmmədov, tələbəNərgiz Bağırova çıxış edərək faciə ilə bağlı öz fikirlərinibölüşblər.

Bolnisidə fəaliyyət göstərən "Qafqaz Hüquq və İnteqrasiyaMərkəzi"nin təşkilatçılığı və təşəbbüsü ilə 20 yanvar hadisələrinin35-ci ildönümü ilə bağlı keçirilən anım tədbirində əslən Bolnisirayonun Faxralı kəndindən olan şəhid İlqar Əhmədovun məzarı ziyarətedilib. 20 yanvar və 9 aprel hadisələrinin şəhidlərinin xatirəsinəbir dəqiqəlik sükutdan sonra Mərkəzin icraçı direktoru Rezo Həsənoviştirakçılara 20 Yanvar haqqında məlumat verib.

Laqodexi rayonundakı “Qabal İnkişaf Mərkəzi”ndə anım tədbirinigiriş sözü ilə açan Mərkəzin rəhbəri Yavər Məmmədov bildirib ki,Azərbaycan xalqının milli yaddaşına “Qara Yanvar”, “Qanlı Yanvar”faciəsi kimi həkk olunan o gecədən keçən 35 il ərzində xalqımızözünün müstəqil dövlətini quraraq böyük inkişaf yolu keçib və dünyaölkələri sırasında özünəməxsus şərəfli yer tutub. 20 Yanvarhadisələrinə düzgün və obyektiv hüquqi-siyasi qiymət verilməsininməhz Ulu Öndər Heydər Əliyevin böyük xidməti olduğunuvurğulayıblar.

Saqareco Rayonunun Qaraçöp (Yor - Muğanlı) mahalında fəaliyyətgöstərən “Parlaq Gələcək Tədris Mərkəzi”ndə keçirilən anım tədbiriiştirakçıları əvvəlcə 20 yanvar və 9 aprel şəhidlərinin xatirəsinəucaldılmış abidənin önünə qərənfillər düzüb, Saqareco rayonbələdiyyəsinin sədri Lekso Gilaşivili və Saqareco şəhər meriAvtandil Qulikaşivili əklillər qoyublar. Mərkəzin müəllimləriİsmixan Məmmədov və Durna Mərdanova, Yor - Muğanlı məktəbinindirektoru Rizvan Usubov, Azərbaycanın Gürcüstandakı səfirliyininmüşaviri Samir Əbdurəhimov, el ağsaqqalı Tapdıq Mirzəliyev, Keşəliməscidinin imamı Əfqan Yolçuyev tarixi günün önəmindən,nəticələrindən bəhs ediblər.

Qardabani Təhsil və İnteqrasiya Mərkəzində də 20 Yanvarfaciəsinin 35-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.Mərkəzin təsisçisi Raul Əliyev çıxış edərək amansız qətliamnəticəsində dünyasını dəyişən oğul və qızlarımızın xatirəsinin daimxalqımız və dövlətimiz tərəfindən əziz tutulduğu bildirib. Digərçıxışçılar öz növbələrində faciə ilə bağlı fikirlərini bölüşüblər.Ulu Öndər Heydər Əliyev kimi təcrübəli liderin, görkəmli siyasət vədövlət xadiminin Azərbaycan cəmiyyətini qısa zaman kəsiyində milliqurtuluş ideyası ətrafında birləşdirdiyini diqqətə çatdırıblar.

Gürcüstanda
Gürcüstanda
Gürcüstanda
Gürcüstanda
Gürcüstanda
Gürcüstanda
Gürcüstanda
Gürcüstanda
Gürcüstanda
Seçilən
17
az.trend.az

1Mənbələr