AZ

Parisdə tarixi bina yanıb kül oldu - VİDEO

Parisdə 19-cu əsrə aid bələdiyyə binasında yanğın baş verib.

Day.Az Milli.Az-a istinadən  xəbər verir ki, yanğın bazar ertəsi səhər saatlarında Parisin 12-ci məhəlləsinin bələdiyyə binasını bürüyüb.

Paris polisinin prefekti Laurent Nunez yanğının səhər saat 3:20-də binanın damında baş verdiyini deyib. Nunesin sözlərinə görə, 150-yə yaxın yanğınsöndürən alovla mübarizə aparıb və yanğın səhər saatlarında söndürülüb.

O, zəng qülləsinin yuxarı hissəsinin "yıxılma riski" olduğu barədə xəbərdarlıq edib. Binanın ətrafında mühafizə zonası yaradılıb.

Nunes bildirib ki, araşdırma yanğının səbəblərini müəyyən etməyə çalışacaq.

Qeyd edək ki, 12-ci rayon bələdiyyə binası 1876-cı ildə əsas girişinin üstündə 36 metr (118 fut) hündürlüyündə zəng qülləsi ilə tikilmişdir.

Seçilən
2
4
day.az

5Mənbələr