AZ

Kim "Qarabağ"ı tərk edərsə... O dönəm çoxdan bitib!

"Qarabağ" Avropa Liqasının əsas mərhələsində növbəti məğlubiyyətini FCSB-dən aldı.

"Köhlən atlar" keçirdiyi yaxşı oyuna rəğmən meydandan məğlub ayrıldı.

Təmsilçimiz hesabda 2 dəfə önə çıxdığı matçın yekununda 2:3 hesablı məğlubiyyətə üzüldü.

Və alışdığımız tənqid dalğası el-aləmi bürüdü.

Bəli, ortada məğlubiyyət varsa, deməli nəsə düz getməyib.

Yaxşı oyuna görə alqış düşə bilər, amma nəticə tənqid tələb edir. Haqlı tənqid, düzgün analiz ağdamlılara ancaq fayda verər.

Təəssüf ki, bəziləri ağlına, ağzına gələn səbəbi məğlubiyyətin belinə yükləməyə çalışır.

Məsələn, Juninyonun ayrılması kimi.

Guya Juninyonun yoxluğu "Qarabağ"a ciddi təsir edib. Bu fikrin heç bir əsası, məntiqi yoxdur axı.

Əvvəla, "Qarabağ" bu görüşdə Juninyo olmadan da fərqlənə bilib, özü də iki dəfə.

Juninyo olmadan da qol epizodları yaxalayıb, yetəri qədər.

Kaşukun epizodu? Juninyo ondan da real qol imkanlarını az qaçırmayıb.

Elə həmin braziliyalının oynadığı əvvəlki matçlarda da "Qarabağ" məğlub olub axı.

Zaqreb "Dinamo"su ilə başlayan uğursuz seriya 8 matçdı davam edir. Həmin Juninyo hamısında start heyətində yer alıb. İki matçda 80-cı dəqiqədə əvəzlənib, digər 6 görüşdə sona kimi meydanda olub. Aktivində cəmi 1 qol var. "Flamenqo"lu dəyişən idi elə həmin görüşlərdə nəticələri dəyişərdi, qollarını sıralayardı da.

Ümumiyyətlə, "Qarabağ"ın fərdlərdən asılılıq dönəmi çoxdan bitib.

Məğlubiyyət var deyə, hər detalı səbəb kimi göstərmək doğru deyil. Bu, əsl səbəblərin də önünə çəpər çəkmiş olur.

XANOĞLAN İMANOV

Seçilən
17
50
sportinfo.az

10Mənbələr