Portuqaliyanın “Porto” klubunun yeni baş məşqçisi bəlli olub.
Msport.az xəbər verir ki, komanda Martin Anselmiyə tapşırılıb.
Argentinalı mütəxəssis baş məşqçi postunda Vitor Brunonu əvəzləyib. 39 yaşlı çalışdırıcı ilə 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. Anselmi bunadək Meksikada “Krus Asul”, Ekvadorda “İndependente del Valye” kimi klubları çalışdırıb.
Qeyd edək ki, “Porto” 19 turdan sonra 41 xalla 3-cü yerdə qərarlaşıb.