Bakı. Trend:
Prezident İlham Əliyev “Enerji resurslarından səmərəli istifadəvə enerji effektivliyi haqqında” qanunda dəyişiklik edilməsihaqqında qanunu təsdiqləyib.
Trend xəbər verir ki, qanunaəsasən, Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşmamənbələri genişləndirilib.
Məqsəd fondun vəsaitlərinin formalaşdırılması və ondan istifadəistiqamətlərinin təkmilləşdirilməsidir. Bununla da, əsasənqiymətlərinə dövlət tənzimlənməsi tətbiq olunmayan, lakin istehsalvə istehlak həcminə görə əhəmiyyətli paya malik olan və eləcə dəistehsal və istifadəsi nəticəsində ətraf mühitə mənfi təsirgöstərən enerji növlərinin satışından əldə olunan vəsaitdən enerjieffektivliyi fonduna köçürülmələrin edilməsi üçün hüquqi əsasyaradılır.
Ölkə Prezidentinin 1 mart 2024-cü il tarixli fərmanı ilə təsdiqedilmiş “Enerji effektivliyi fondunun vəsaitlərininformalaşdırılması və istifadə Qaydası”nın əlavəsinə əsasən yalnıztarifləri dövlət tərəfindən tənzimlənən dörd enerji məhsulunun –elektrik enerjisi (bərpaolunan enerji mənbələri hesabına istehsalolunan elektrik enerjisi istisna olmaqla), təbii qaz, Aİ-92 markalıavtomobil benzini və dizel yanacağının istehsalçı qiymətlərlə ölkədaxilində satışını həyata keçirən subyektlər tərəfindən fondaköçürülmələrin edilməsi nəzərdə tutulur. Qanunun dəyişməsi iləqiyməti tənzimlənməyən daha dörd növ enerji məhsulunun satışındanfonda ayırmaların edilməsi də təmin ediləcək. Nəticədə, enerjinövlərinin satışından fonda daxil olacaq vəsait əhəmiyyətli şəkildəartacaq.
Fondun vəsaitinin yalnız enerji effektivliyi üzrə tədbirlərintəşviqinə (Qanunun 15.2-ci maddəsində nəzərdə tutulan tədbirlərinmaliyyələşdirilməsinə) yönəldilməsi, bununla da fondunvəsaitlərindən istifadənin səmərəliliyinin artırılması təminediləcək. Beləliklə, yalnız tarifləri tənzimlənən enerji növlərideyil, eyni zamanda, qiymətləri tənzimlənməyən enerji resurslarınınsatışından ayrılan vəsaitin də enerji effektivliyi fondunaköçürülməsi, nəticədə bu vəsaitlər hesabına enerji effektivliyiüzrə tədbirlərin həyata keçirilməsi, müvafiq sahənin elmi-texnikitəminatı, ağıllı sayğacların və sistemlərin, kogenerasiyaqurğularının tətbiqi, həmçinin bərpa olunan enerji mənbələrindənistifadə üçün daha əlverişli şəraitin yaradılması, bərpa olunanenerji mənbələri sahəsində layihələrin dəstəklənməsi, təsərrüfatsubyektlərinin fəaliyyəti nəticəsində ətraf mühitə mənfi təsirinqarşısının alınması və enerji resurslarından səmərəli istifadəsahəsində tədbirlərin həyata keçirilməsi üçün qrant vəsubsidiyaların ayrılması, pilot layihələrin tətbiqi və güzəştlikreditlərin verilməsi kimi stimullaşdırma vasitələrindən istifadəimkanlarının artması nəzərdə tutulur.
Dövlət başçısı müvafiq qanunun icrası ilə bağlı qanunadəyişiklik edilməsi barədə Fərman imzalayıb.