AZ

Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətə baxılma qaydası təsdiqlənib

Bakı. Trend:

Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləriolmadıqda şikayətə baxılma qaydası təsdiqlənib.

Trend xəbərverir ki, bununla bağlı Prezident İlham Əliyev “Məişətzorakılığının qarşısının alınması haqqında” AzərbaycanRespublikasının Qanununda dəyişiklik edilməsi barədə
Qanun imzalayıb.

Dəyişikliyə əsasən, Məişət zorakılığı ilə bağlı şikayətə zərərçəkmiş şəxsin yaşadığı (olduğu) yerin müvafiq icra hakimiyyətiorqanı tərəfindən, bu Qanunun 6.3-cü və 8-ci maddələrinin tələblərinəzərə alınmaqla 5 (beş) gün müddətində, bu Qanunun 11.2-cimaddəsində nəzərdə tutulan halda müraciət edilən vaxtdan 24 saatkeçənədək baxılır.

Araşdırma aparmaq üçün əlavə materiallar tələb etmək və ya əlavəhalları öyrənmək zərurəti yarandıqda, şikayətə baxılma müddəti 5(beş) gündən çox olmayaraq (bu Qanunun 11.2-ci maddəsində nəzərdətutulan hal istisna olmaqla) uzadıla bilər.

Zərər çəkmiş şəxsin tələbi ilə dinləmədə vəkil və psixoloquniştirakı təmin edilir. Zərər çəkmiş şəxs Azərbaycan dilinibilmədikdə, tərcüməçi xidmətlərindən istifadə etmək hüququ təminolunur.

Məişət zorakılığından zərər çəkmiş şəxslərdən biri 16 yaşınadəkvə ya əlilliyi olan şəxs olduqda, aparılan araşdırma vədinləmələrdə pedaqoqun və ya psixoloqun iştirakı təmin olunur.

Məişət zorakılığı barədə şikayətə baxılmasının nəticələrindənasılı olaraq aşağıdakı qərarlardan biri və ya bir neçəsi qəbulolunur:

- məişət zorakılığı törətmiş şəxsə qanunla müəyyən olunmuşməsuliyyət izah edilməklə, məişət zorakılığının təkrarlanmamasıbarədə xəbərdarlıq edilməsi və zərər çəkmiş şəxsə qısamüddətlimühafizə orderinin verilməsi;

- məişət zorakılığı törətmiş şəxsin qanunla müəyyən olunmuşqaydada valideynlik hüququndan məhrum edilməsi və ya valideynlikhüquqlarının məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciətedilməsi;

- əməllərində cinayət və ya inzibati xəta tərkibi olan şəxsinqanunla müəyyən olunmuş qaydada cinayət və ya inzibati məsuliyyətəcəlb edilməsi barədə səlahiyyətli dövlət orqanlarına müraciətedilməsi;

- zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsiilə əlaqədar məhkəməyə müraciət edilməsi;

- zərər çəkmiş şəxsin yardım mərkəzində müvəqqəti sığınacaqlatəmin edilməsi.

Seçilən
5
16
az.trend.az

10Mənbələr