AZ

Ermənistanda hakimlər təhqir olunur, sayları azalır - Samvel Ovsepyan

Hazırda Ermənistanda futbol hakimləri heç vaxt olmadıqları qədər layiqli və sistemli müdafiəsiz qalıblar. Onların şərəf və ləyaqətlərinin təhqir olunma və zorakılığa məruz qalmaları halları İrəvan və bölgələrdə həm gənclər, həm də peşəkar futbolda geniş yayılıb.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Futbol Federasiyası (EFF) ilə müqaviləsini pozan hakim Samvel Ovsepyan deyib. Uzun müddət EFF Hakimlər Komitəsində çalışmış Ovsepyan referi kimi fəaliyyətinə müvəqqəti son qoyduğunu açıqlayıb. O, artıq federasiya rəsmilərinin dəyişiklik edəcəklərinə dair vədlərinə inanmadığını bildirib. Təcrübəli referinin fikrincə, hakimlərin müdafiəsi naminə nə isə etmək EFF üçün doqquzuncu dərəcəli məsələdir.

Ovsepyan daha bir problemə diqqət çəkib: "İlk matçımı 2017-ci ildə idarə etmişəm. O vaxtdan hakimlərin əmək haqları heç vaxt qalxmayıb. Baxmayaraq ki, həyatın bütün sferalarında bahalaşma gedir, futbolda aparıcı rola malik hakimlik isə xeyli risklərlə qarşılaşır. Şəxsən EFF prezidenti hakimlərin sayında problem yaşadığımızı bildirir. Bunun nəticəsində hakimlər yüklənirlər və çempionat oyunlarını böyük çətinliklə idarə edirlər".

Sabiq referinin sözlərinə görə, daxili iclaslarla məsələni yoluna qoymaq əvəzinə hakimləri sabotaj etməkdə günahlandırır, oyunlara təyinat verməməklə cəzalandırırlar.

Qeyd edək ki, Samvel Ovsepyan indiyədək Ermənistanın müxtəlif çempionatlarında yüzlərlə oyun idarə edib.


Müəllif: Teleqraf.com
Seçilən
9
9
teleqraf.com

10Mənbələr