“Microsoft”un qurucusu Bill Qeyts həyatının ən böyük səhvi ilə bağlı açıqlama verib.
“Cebheinfo.az” xəbər verir ki, 69 yaşlı iş adamı həyatının ən böyük səhvinin texnologiya imperiyasını qurduğu həyat yoldaşından boşanması olduğunu deyib.
Qeyts açıqlamasında "Başqa səhvlərim də var, amma heç biri vacib deyil. Boşanma ən azı 2 il mənim və Melinda üçün sarsıdıcı oldu" ,- deyib.
Bill Qeyts boşandıqdan sonra keçmiş həyat yoldaşı ilə mehriban münasibət saxladığını bildirib:
"Melinda ilə hələ də görüşürük. 3 uşağımız və 2 nəvəmiz var, ona görə də ailəvi tədbirlər keçirilir. Uşaqların vəziyyəti yaxşıdır. Onların yaxşı dəyərləri var”.
Qeyd edək ki, 107 milyard dollar sərvəti ilə dünyanın ən varlı adamları sırasında olan amerikalı iş adamı Bill Qeyts 2021-ci ildə 27 illik həyat yoldaşı və 3 uşağının anası Melinda Frenç Gatesdən boşandığı zaman 76 milyard dollar təzminat ödəyib. Təzminatı sərvətində ciddi itkiyə səbəb olan Bill Qeyts milyarderlər sıralamasında ciddi eniş yaşayıb.