AZ

Meymunçiçəyi ilə bağlı bu məlumat niyə gizli saxlanılır?

Azərbaycanda meymunçiçəyi virusunun qarşısını almaq üçün görülən tədbirlər haqqında rəsmi qurumların açıqlamaları bəzi suallar doğurur. Bildirilir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hazırladığı siyahıya əsasən, riskli ölkələrdən gələn sərnişinlər xüsusi yoxlanılır və sağlamlıq vəziyyətləri nəzarətdə saxlanılır. Lakin bu siyahının özü ictimaiyyət üçün naməlum qalır.

Meymunçiçəyi ilə bağlı tədbirlər

Rəsmi məlumatlara görə, bir nəfərdə meymunçiçəyi virusunun aşkarlanmasından sonra nəzarət tədbirləri gücləndirilib. Xəstəliyə yoluxan şəxsin xarici ölkədə cinsi yolla virusa yoluxduğu təsdiqlənib və bu vəziyyət qurumlar üçün həyəcan siqnalı olub. Lakin diqqət çəkən məqam, hansı ölkələrin riskli sayıldığı barədə ictimaiyyətə məlumat verilməməsidir.

Sual dolu açıqlamalar

ÜST-ün "riskli ölkələr" siyahısına əsaslanaraq yoxlama aparıldığı deyilsə də, müvafiq qurumlarımızdan bu siyahını istəyəndə cavab belə olur: “Bizdə belə siyahı yoxdur.” Bu, həm vətəndaşlar arasında çaşqınlıq yaradır, həm də riskli bölgələrə səyahət edən insanların ehtiyat tədbirləri görməsini çətinləşdirir.

Daha sonra Səhiyyə Nazirliyindən alınan cavab isə vəziyyəti daha da qəlizləşdirir: “Biz yalnız ölkə daxilində vəziyyəti nəzarətdə saxlayırıq.”

Nə etməli?

Riskli ölkələrin siyahısının açıqlanması həm ictimaiyyətin məlumatlı olmasına, həm də profilaktik tədbirlərin daha effektiv həyata keçirilməsinə xidmət edərdi. Bu, səyahətçilərin təhlükəsizliklərini təmin etmək və virusun ölkəyə sirayət etməsinin qarşısını almaq üçün mühüm addım olardı.

Seçilən
11
bakuinfo.net

1Mənbələr