Alimlər gözlənilməz yerdən quşların səsinə bənzəyən kosmik dalğalar aşkar ediblər.
Publika.az xəbər verir ki, tədqiqatçılar bu cür səsləri əvvəllər kosmosda eşitdiklərini bildiriblər.
Tədqiqatda iştirak edən Ayova Universitetinin kosmos fiziki Allison Jaynes bildirib ki, bu, məkanda mümkün ola biləcək bir çox hallarla bağlı yeni suallar doğurur:
“Elm adamları hələ də bunun necə baş verdiyindən əmin deyillər, lakin Yerin maqnit sahəsinin bununla əlaqəsi ola biləcəyini düşünürlər. Yeni kəşf edilən xor dalğaları alimlərin gözləmədiyi Yerin maqnit sahəsinin uzandığı bölgədə aşkar edilib. Bu, çox maraqlı işdir. Bunu mütləq araşdırmalıyıq”.