İtaliya təmsilçisi "Yuventus" futbolçusu Danilo ilə yollarını ayırıb.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


33 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.


Braziliyalı oyunçu 2019-cu ildən Turin komandasının şərəfini qoruyurdu. O, "Yuventus"un heyətində ümumilikdə 213 oyuna çıxıb və 9 qol vurub.