Türkiyənin məşhur müğənnisi İrem Derici ilə bağlı sevənlərini həm kədərləndirən bir hadisə baş verib.
Medianews.az xəbər verir ki, müğənni bir neçə gün əvvəl Adanada konsert verməyə hazırlaşarkən bədbəxt hadisə ilə üzləşib.
O, yıxılaraq başını yerə vurub və dərhal xəstəxanaya yerləşdirilib.
İrem Derici ötən gün Bebekdə jurnalistlərə açıqlama verərək başına gələn hadisə barədə danışıb.
Müğənni yaşadığı hadisəni belə izah edib: “Konsert günü bədbəxt bir hadisə yaşandı. Dodağımda və başımda şişkinliklər var. Öz evimdən kənarda, yad bir mühitdə qalanda gecələr yata bilmirəm. Bu, mənim üçün artıq təhlükəli bir hal almağa başlayıb”.
Müğənni əlavə edib ki, hadisə baş verən kimi təcili yardım çağırılıb və o, dərhal xəstəxanaya aparılıb. Həkimlərin müayinəsindən sonra ciddi bir problem aşkarlanmasa da, İrem Derici vəziyyətin ciddiliyini nəzərə alaraq müalicəyə başlayacağını bildirib: “Heç bir fiziki problem yoxdur, amma yuxu zamanı gəzmək vərdişim var. Bu səbəbdən artıq müalicə almaq qərarına gəlmişəm”.
Medianews.az