Konqo Demokratik Respublikası (KDR) və Ruanda qüvvələrinin qoşunları Konqo şərqindəki ortaq sərhədləri keçərək bir-birlərinə atəş açır.
Editor.az bildirir ki, bu barədə “Reuters” agentliyi Birləşmiş Millətlər Təşkilatının (BMT) iki mənbəsinə istinadən xəbər verir. “Associated Press”ə görə, səhər tezdən şəhərin hər yerində atışma səsləri eşidilib. Mühasirədə olan Qoma şəhəri yaxınlığında Ruanda ilə DRC arasında sərhəd bağlanıb. AFP-nin məlumatına görə, bu, Ruanda qoşunlarının Qomaya daxil olmasından bir neçə saat sonra baş verib.
Bazar ertəsi gecəsi M23 üsyançı hərəkatının bir hissəsi olan Konqo Çay Alyansının lideri DRC-nin şərqindəki ən böyük şəhər olan Qomanın tutulduğunu elan edib. Onlar bundan əvvəl Konqo hərbçilərini silahlarını yerə qoymağa çağırmışdılar. DRC hökuməti üsyançıların şəhərə doğru irəliləməsini “müharibə elanı” kimi qiymətləndirib.
//Samir Qurbanov, Editor.az