AZ

Polşalı fermerlər Almaniya ilə sərhədin bağlanması tələbi ilə piket keçiriblər

Polşalı fermerlər dabaq xəstəliyinin yayılmasından ehtiyat edərək Almaniya ilə sərhədin bağlanmasını tələb edərək piket keçiriblər.

Bu barədə RMF24 radiostansiyası məlumat yayıb.

Piketlər yerli vaxtla günorta saatlarında Kolbaskovo, Sviek, Qubin, Jedriçovice və Olşin şəhərlərində başlayıb. Radiostansiyanın məlumatına görə, fermerlər mal-qaranın daşınması üçün Almaniya ilə sərhədin bağlanmasını tələb edirlər.

Aydınlaşdırılır ki, tələb Brandenburqda yanvarın əvvəlində camış sürüsündə aşkar edilmiş dabaq xəstəliyinin yayılması ilə bağlıdır.

Seçilən
12
16
aznews.az

10Mənbələr