İrandakı səfirliyimizdə terror hücumu ilə bağlı anım mərasimi
Azərbaycanın İrandakı səfirliyində terror hücumu ilə bağlı anım mərasimi baş tutub.BUTA.TV xəbər verir ki, bu barədə səfir Əli Əlizadə X hesabında paylaşım edib. “27 yanvar 2023-cü il tarixdə Səfirliyimizə qarşı törədilmiş terror aktı nəticəsində şəhid olmuş həmkarımız Orxan Əsgərovun əziz xatirəsini vəfatının ildönümündə andıq, onunla bağlı xatirələrimizi bölüşüb hörmətlə yad etdik. Allah rəhmət eləsin!”, - paylaşımda qeyd edilib.