AZ

Ağ şampinyon kişilərdə bu xərçənginqənimidir?




Ağ şampinonlar prostat xərçənginin müalicəsində kömək edir

“Medicina” xəbər verir ki, alimlərin siçanlar üzərində apardığı araşdırma ağ göbələklərdə olan kimyəvi maddələrin prostat xərçənginin inkişafını ləngidə bildiyini sübut edib.

"Kişi cinsi hormonunun bir növü olan androgenlər, prostat hüceyrələrində protein olan androgen reseptoruna bağlanaraq və onu aktivləşdirərək, prostat xərçəngi hüceyrələrinin böyüməsinə səbəb olur” – deyətədqiqatçı Xiaoqiang Vanq deyib.

Layihənin əsas tədqiqatçısı, Hope City-nin alimiŞiuan Çen, daha əvvəl təkrarlanan prostat xərçəngi olan xəstələrdə ağ göbələk tozunu tətbiq etməklə klinik sınaqlar aparıb, Bu göbələklərin qanda prostata xas antigenin (PSA) səviyyəsini minimuma endirdiyini göstərib.

Tədqiqatçılar göbələk ekstraktının androgenlərə həssas prostat xərçəngi hüceyrələrinə təsirini araşdırıblar. Onlar həmçinin ekstraktın insan prostat vəzi şişləri ilə implantasiya edilmiş siçanlara təsirini tədqiq edərək, daha etibarlı tədqiqat modeli yaradıblar.

Tədqiqatçılar müəyyən ediblər ki, ağ göbələk ekstraktı prostat xərçəngi hüceyrələrində androgen reseptorlarının fəaliyyətini azaldır. Onlar həmçinin altı gün ərzində ağ göbələk ekstraktı verilən siçanların prostat şişinin böyüməsini əhəmiyyətli dərəcədə saxladığını və PSA səviyyələrini aşağı saldığını aşkar edib.

Aygün Musayeva



Seçilən
5
13
medicina.az

10Mənbələr