AZ

Konqo Demokratik Respublikası və Ruanda Liderləri Böhran Sammitində iştirak edəcəklər


Konqo Demokratik Respublikası və Ruanda liderləri çərşənbə günü böhran sammitində iştirak edəcəklər.

APA xəbər verir ki, bu barədə Keniya Prezidenti Uilyam Ruto deyib.

Qeyd edək ki, Ruanda tərəfindən dəstəkləndiyi iddia edilən M23 üsyançı qrupu keçən həftə Konqonun şərqindəki hücumlarını artıraraq, mühüm şəhərləri ələ keçirib. Bu gün isə Konqonun əsas şəhəri Qomanının ələ keçirildiyi bildirilir.

Ruanda prezidenti Pol Kaqame üsyançıları dəstəklədiyinə dair iddiaları dəfələrlə təkzib edib.

BMT-nin baş katibi Antonio Quterres də Ruanda qüvvələrini Konqodan çəkilməyə və M23 üsyançılarına dəstəyi dayandırmağa çağırıb.

Seçilən
3
3
apa.az

10Mənbələr