AZ

Bu ölkədə 200 şirkət 4 günlük iş həftəsinə keçdi

Böyük Britaniyada 200 şirkət daimi dörd günlük iş həftəsiə keçid edib.

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, şirkətlər bu ölkədə fəaliyyət göstərən 4 Günlük Həftə Fondu tərəfindən həyata keçirilən kampaniyaya qoşulub.

5000-dən çox işçisi olan bu şirkətlərdə həftəlik iş vaxtı gəlir itkisi olmadan 32 saat təşkil edəcək.

Sözügedən şirkətlərdən 30-u marketinq, reklam və mətbuatla əlaqələr, 29 xeyriyyə və qeyri-hökumət təşkilatı, 24 texnologiya, internet texnologiyaları və proqram təminatı şirkəti, 22 məsləhət və idarəetmə şirkətidir.

Qeyd olunub ki, 4 günlük iş həftəsinə qoşulan 200 şirkətdən 59-u Londonda yerləşir.

Xatırladaq ki, son illər müxtəlif ölkələrdə həftədə 4 günlük iş rejiminə keçilməsi ilə bağlı müzakirələr aparılır. Araşdırmalardan və müzakirələrdən sonra bəzi ölkələr 2022-ci ilin əvvəlindən 4 günlük iş rejiminə keçiblər. Birləşmiş Ərəb Əmirlikləri, İrlandiya, İslandiya, İsveç, Finlandiya, Niderland, Kanada, Belçika və digər dövlətlərdə bu məsələ əmək qanunvericiliyi ilə təsbit edilib. Gürcüstan, Rusiya və qardaş Türkiyədə də aktual müzakirə mövzusu olan bu iş rejimi artıq Qazaxıstanda da reallaşıb. Ölkə parlamentinin qərarı ilə 4 günlük iş həftəsinə keçidlə bağlı qanun qəbul edilib.

Billurə

 

Seçilən
22
azreform.info

1Mənbələr