AZ

BŞGİBİ-nin keçmiş rəisinin məhkəməsi başlayır

Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) sabiq rəisi Raqif Abbasovla sözgedən idarənin Maliyyə iqtisadiyyat sektorunun keşmiş müdiri Eldəniz Qulamovun cinayət işi üzrə məhkəmə prosesi başlayır. 

Hit.az xəbər verir ki, cinayət işin məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində aparılacaq. 

Fevralın 5-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Eldar İsmayılovun sədrliyi ilə keçiriləcək. 

Bundan əvvəl hazırlıq iclası yanvarın 8-nə təyin edilsə də, iclas baş tutmayıb. Səbəb isə müdafiəçinin prosesə gəlməməsi ilə bağlı olub. 
Raqif Abbasovla Eldəniz Qulamov Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə - xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə mühakimə ediləcək. 

Gənclər və İdman Nazirliyi iş üzrə zərərçəkmiş qismində tanınıb. 

Raqif Abbasov 2007-ci ildən BŞGİBİ-nin rəisi vəzifəsində çalışıb. Ötən ilin iyun ayında vəzifəsindən azad edilib.

Abbas 

Seçilən
12
29
hit.az

10Mənbələr