AZ

Avropa Rusiyadan qaz tədarükünü həmişəlik dayandırmalıdır - Polşa prezidenti

Bakı. Trend:

Rusiya ilə Ukrayna arasında sülh müqaviləsi bağlansa belə,Rusiyadan Qərbi Avropaya qaz tədarükü heç vaxt bərpaolunmamalıdır.

Trend xariciKİV-lərə istinadən xəbər verir ki, bunu Polşanın prezidenti AndjeyDuda deyib.

Duda 2022-ci ildən bəri istismarı dayandırılmış Şimal Axını qazkəmərinin sökülməli olduğunu diqqətə çatdırıb.

“Mən ancaq ona ümid edə bilərəm ki, avropalı liderlər RusiyanınUkraynaya qarşı təcavüzündən nəticə çıxaracaq və onlar həmin boruxətti ilə Rusiya qazının nəqlini həmişəlik dayandırmaqla bağlıqərar qəbul etməyə nail olacaqlar”, - o bildirib.

Polşalı prezident vurğulayıb ki, Rusiyaya qarşı iqtisadisanksiyalar effektiv olmalıdır və Avropa ölkələrinin Moskva iləbiznes əlaqələrinin qurulması üçün şirkətlərin göstərdiyi təzyiqlərdəf edilməlidir.

Qeyd edək ki, Rusiyanın “Qazprom” enerji nəhəngi tərəfindən inşaolunmuş Şiimal Axını qaz kəməri Rusiyadan Almaniyanın şimalınaqədər uzanır.

Şimal Axını-1 2022-ci ildə bağlanıb, Şimal Axını -2 isə Ukraynamünaqişəsi ilə əlaqədar ümumiyyətlə istismara verilməyib.

Məqalədə:
Seçilən
16
1
az.trend.az

2Mənbələr