Dünya Xoşbəxtlik Hesabatına əsasən, dünyanın ən xoşbəxt ölkəsi olaraq tanınan Finlandiya yalnız xoşbəxt sakinləri ilə deyil, həm də özünəməxsus mədəniyyəti və ənənələri ilə diqqət çəkir. Finlandiya Türkiyənin təxminən yarısı qədər bir əraziyə malikdir və cəmi 5,5 milyon nəfərlik əhalisi var – demək olar ki, Ankaranın əhalisi qədər.
Qaynarinfo “Business Insider”ə istinadən xəbər verir ki, ilin çox hissəsini çətin qış şərtləri altında keçirən finlər, çoxlu qəhvə içir, bəzən isə bir qədər melanxolik ola bilirlər. Finlandiya həm də saunaları ilə məşhur bir rifah ölkəsidir. Onların unikal adət-ənənələri və sosial normaları ölkə mədəniyyətinə böyük təsir göstərir.