Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək mərkəzində hoteldə baş verən yanğın nəticəsində xəsarət alan şəxslərdən 46-sı evə buraxılıb.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, xəsarət alan 4 nəfərin müalicəsi davam etdirilir.
Xatırladaq ki, yanvarın 22-də Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzində yanğınla nəticələnən partlayış baş verib. Hadisə nəticəsində 79 nəfər həlak olub, xeyli sayda insan xəsarət alıb.
Yanğınla bağlı Türkiyədə bir günlük matəm elan edilib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta