Bakı. Trend:
Hazırda Birbank mobil tətbiqinin fəaliyyətində müvəqqətifasilələr yaranıb.
Bu barədə Trend-ə Kapital Bankın mətbuat xidmətindən məlumatverilib.
"Bank əməliyyatlarını rahat və fasiləsiz həyata keçirməyinmüştərilərimiz üçün nə qədər vacib olduğunu anlayır, yaranannarahatlığın ən qısa zamanda həlli üçün tam gücümüzləçalışırıq.
Həmçinin məlumat üçün bildirmək istəyirik ki, müştərilərimizkartla POS-terminal, eləcə də Apple Pay və Google Pay ödənişlərinirahatlıqla edə bilərlər.
Müştərilərimizə anlayışları üçün təşəkkür edirik", - deyəBankdan bildirilib.