AZ

“WhatsApp” artıq bu telefonlarda İŞLƏMƏYƏCƏK – SİYAHI

WhatsApp dünyada ən çox istifadə edilən mesajlaşma proqramlarından biridir. Lakin köhnə qurğular texnoloji yeniliklərə uyğunlaşa bilmədiyi üçün bəzi telefonlara verilən dəstək tədricən ləğv edilir.
 
Moderator.az xəbər verir ki, 1 fevral 2025-ci il tarixindən etibarən Android 5.0 əməliyyat sistemindən əvvəl işləyən telefonlar WhatsApp-dan istifadə edə bilməyəcək.
 
2024-cü ildə KaiOS əsaslı telefonlar üçün WhatsApp dəstəyi də dayandırılıb. Meta-nın açıqlamasına görə, KaiOS istifadə edən cihazlar 31 yanvar 2025-ci il tarixindən etibarən tətbiqə daxil ola bilməyəcək. WhatsApp-dan istifadə edə bilməyən cihazlara Samsung, Motorola, LG, HTC və Sony kimi köhnə məşhur marka modelləri daxildir.
 
Həmin modelləri təqdim edirik:
 
Motorola: Moto G (1-ci nəsil), Droid Razr HD, Moto E (1-ci nəsil)
 
Samsung: Galaxy S3, Galaxy Note II, Galaxy Ace 3, Galaxy S4 Mini
 
HTC: One X, One X+, Desire 500, Desire 601
 
LG: Optimus G, Nexus 4, G2 Mini, L90
 
Sony: Xperia Z, Xperia SP, Xperia T, Xperia V
Seçilən
17
1
moderator.az

3Mənbələr