Goranboyda Dəliməmmədli dəmiryol stansiyasının ərazisində qatar 76 yaşlı kişini vurub.Bu barədə məlumatı Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov təsdiqləyib.Belə ki, Dəliməmmədli şəhər sakini 1949-cu il təvəllüdlü Sabir Abdullayevi hərəkətdə olan qatar çiyin nahiyəsindən vuraraq yerə yıxıb.Xəsarət alan yaşlı kişi Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib.Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.