Fələstinin HƏMAS hərəkatının Siyasi Büro üzvlərinin də daxil olduğu nümayəndə heyəti Misirin paytaxtı Qahirəyə rəsmi səfərə gəlib.
Qaziler.az xəbər verir ki, bu barədə HƏMAS-ın teleqram kanalında məlumat verilib.
“HƏMAS-ın məşvərət şurasının sədri Məhəmməd Dərvişin başçılıq etdiyi nümayəndə heyəti Qahirəyə rəsmi səfərə gəlib”, - məlumatda deyilir.
Nümayəndə heyətinə HƏMAS-ın danışıqlar qrupunun lideri Xəlil əl-Heya, hərəkatın xarici əlaqələr üzrə rəhbəri Xalid Məşəl, İordan çayının qərb sahilindəki radikal qruplaşmanın lideri Zaher Cabarin, eləcə də HƏMAS siyasi bürosunun bir sıra digər üzvləri daxildir.
Bundan əvvəl Fələstinin HƏMAS hərəkatının nümayəndə heyətinin mübadilə çərçivəsində İsrail həbsxanalarından azad edilərək Misirə aparılan fələstinli məhbuslarla Qahirədə görüşəcəyi bildirilmişdi.
QAZİLER.AZ