"İran ABŞ prezidenti Donald Tramp administrasiyasından danışıqlarla bağlı heç bir mesaj almayıb".
Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
Nazirlər Kabinetinin həftəlik iclasından sonra jurnalistlərin Trampın İrana yeni danışıqlarla bağlı mesaj göndərib-göndərmədiyi barədə sualını cavablandıran Əraqçi bildirib ki, ABŞ tərəfindən heç bir konkret mesaj göndərilməyib.
"Tehran qarşı tərəfin mövqeyini öyrənəcəyini gözləyir. Əgər İran ABŞ ilə danışıqların aparıla biləcəyi qənaətinə gəlsə, bu cür danışıqlar bərabərhüquqlu şəkildə aparılacaq", - deyə İran XİN naziri qeyd edib.
Gülşən Şərif