Rusiya yığması 2027-ci ildə keçiriləcək gənclər üzrə Avropa çempionatının seçmə mərhələsindən kənarda qalacaq.
İdman.biz xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Fevralda keçiriləcək püşkatma mərasimində Rusiya komandası iştirak edəcək. UEFA və FIFA-nın bayrağı altında keçirilən yarışlardan uzaqlaşdırılan şimal qonşularımız nəticədə Los-Anceles-2028 Yay Olimpiya Oyunlarından da kənarda qalacaqlar.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsində Albaniya və Serbiya ev sahibliyi edəcək.
İdman.biz