AZ

İnsanlar öləcəyi günü bilsə, nə olar?

Bəzən insanları nə vaxt, hansı şəkildə öləcəyi maraqlandırır.

Hətta bunun üçün falçıya üz tutanlar da var. 

Zaman-zaman sosial şəbəkələrdə insanlar nə zaman öləcəyini hesablayan proqram belə olub.

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki,  gec-tez ölümün gəlməsi düşüncəsi beynimizdə daim aktivdir və hərəkətlərimizi müəyyənləşdirir:

 “Ölüm tarixini bilmək mümkün deyil. Təsəvvür edin ölüm tarixini bilən insanın həyata baxışı, insanlara münasibəti dəyişər. Kimisi daha qəddar, kimisi də daha da dindar olacaq. Ancaq insanlar həyatı istədikləri kimi yaşamalıdır. Məsələn, insan bilsə ki, o avtoqəza zamanı həyatını itirəcək, o insan çalışacaq ki, nəqliyyatdan istifadə etməsin. Hansısa oyunda və ya falçı bir şəxsə deyir ki, o 3-5 gün sonra öləcək. Bu xəbər elə bir xəbərdir ki, o insan uzun müddət yaşamalı olduğu halda onun ürəyi dayana bilər. Ölümü gözləmək deyil, həyatı yaşamağı fikirləşmək lazımdır”.

Sevinc

Seçilən
14
hit.az

1Mənbələr