AZ

Von der Leyen: "Növbəti 5 il çox çətin keçəcək"

"Avropa İttifaqı son beş ildə təməl prinsipləri üzərində sınaqdan keçir. Düşünürəm ki, qarşıdakı beş il son beş il kimi çətin keçəcək".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen 26 komissar yoldaşı ilə birlikdə Lüksemburqda birliyin ən yüksək məhkəməsi olan Aİ Ədalət Məhkəməsi qarşısında keçirilən andiçmə mərasimində deyib.

Fon der Leyen bildirib ki, pinsiplərin toxunulmazlığı mühümdür: "Fərdlərin hüquq və azadlıqları heç vaxt adi sayıla bilməz. Ona görə də biz, bu Məhkəmə və bu Komissiya qanunun aliliyinin, demokratiyanın və sosial tərəqqinin keşikçiləriyik.. Bu gün biz Birliyimizi qorumaq üçün əlimizdən gələni etməyə söz verdik".

Zülfiyyə Mustafayeva
MİA.AZ

Seçilən
7
18
mia.az

10Mənbələr