"Köln"ün qapıçısı Yonas Urbiqin "Bavariya"ya keçidi rəsmiləşib.
90deqiqe.Az xəbər verir ki, Münhen nəhəngi 21 yaşlı futbolçu ilə 2029-cu ilin ortalarına qədər müqavilə imzalayıb.
Yonas Urbiq Almaniya ikinci Bundesliqasının cari mövsümündə "Köln"ün heyətində 10 oyun keçirib, 20 qol buraxıb və 2 qapını təmiz saxlayıb. Daha əvvəl bu transferin "Bavariya"ya təxminən 8 milyon avroya başa gələcəyi bildirilirdi. Vinsent Kompaninin komandası 19 turdan sonra 48 xalla Bundesliqanın turnir cədvəlinə başçılıq edir və "Bayer Leverkuzen"i 6 xal qabaqlayır.