AZ

Yeni subsidiyalar müəyyənləşdi - VİDEO

Fermerlər əkin subsidiyası almaq üçün 10 hektardan artıq sahələrdə əkilmiş arpa, buğda, çəltik və qarğıdalı əkinlərini sığortalamalıdır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bu, Aqrar Subsidiya Şurasının kənd təsərrüfatı fəaliyyətinin stimullaşdırılması məqsədilə elan etdiyi yeni qərarlarında öz əksini tapıb. Qərara əsasən, dənli bitkilərə görə məcburi sığorta haqqı müəyənləşib.

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Vüqar Hüseynov bildirib ki, bağların sığortalanması tələbi də yeni qərarlar arasındadır. Şəkər çuğunduruna görə verilən subsidiyanın məbləği də artırılıb. Bu il qaragilə üçün də əkin subsidiyası veriləcək.

Bundan başqa, iqlim stansiyalarının quraşdırılması da fermerlərə hava şəraitinə uyğun reaksiya vermək imkanı verəcək. Bu da nəticədə zərəri minimuma endirməklə yanaşı, məhsuldarlığı artmasına təsir göstərəcək. Vüqar Hüseynov onu da əlavə etdi ki, artıq payızlıq əkinlər başa çatıb və fevral ayının sonlarından etibarən fermerlərə avqust ayında müəyyən edilən subsidiya əmsallarına uyğun olaraq ödənişlər ediləcək.

Daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Seçilən
17
2
milli.az

3Mənbələr