İspaniya millisinin baş məşqçisi Luis de la Fuente ilə müqavilə uzadılıb.
İdmanxeber.az-ın məlumatına görə, yerli federasiya mütəxəssislə daha 3 il müddətinə sözləşmə bağlayıb. 63 yaşlı mütəxəssis 2022-ci ilin dekabrından İspaniya seçməsini çalışdırır.
Yığma onun rəhbərliyi altında 2024-cü ildə Avropa çempionatının qalibi olub.