Kanada hakimiyyəti Belarus prezidenti Aleksandr Lukaşenkonun həyat yoldaşı Qalina Lukaşenkoya və ölkədəki digər fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.
Sanksiya siyahısına ölkənin 10 yeni fiziki və 12 hüquqi şəxsi daxildir. Bəyanatda qeyd olunub ki, tədbirlər yanvarın 26-da Belarusda keçirilən seçkilərə cavab olaraq tətbiq edilib.
Müəllif: Arzu