"Tesla" Çindən idxal olunan elektrik avtomobillərinə tətbiq edilən tariflərə görə Avropa İttifaqına (Aİ) qarşı iddia qaldırıb. "Financial Times" (FT) bu barədə yanvarın 27-də Aİ sənədlərinə istinadən məlumat yayıb.Bildirilir ki, 2024-cü ilin oktyabrında Avropa İttifaqı "Tesla" üçün 7,8%-ə qədər, eləcə də Çinin digər elektrikli avtomobilləri üçün 35,3%-ə qədər subsidiya əleyhinə tariflər tətbiq edib. "Tesla"nın iddiası Almaniyanın "BMW" və bir neçə Çin avtomobil istehsalçısının oxşar iddialarından sonra baş verir.“Anti-subsidiya tarifləri 2023-cü ildə Çinin öz elektrikli avtomobil sənayesinə ədalətsiz dəstəyi ilə bağlı Aİ-nin başlatdığı araşdırmadan sonra tətbiq edilib”, - hesabatda deyilir.Qeyd olunur ki, Brüssel avtomobil istehsalçılarının güzəştli kreditlərdən, ucuz torpaq sövdələşmələrindən və təchizatçılar üçün subsidiyalardan faydalandığını aşkar edib.FT yazıb ki, 2024-cü ildə Aİ-də satılan elektrik avtomobillərinin təxminən beşdə biri Çində dizayn edilib. Ekoloji QHT Nəqliyyat və Ətraf Mühit Təşkilatına görə, "Tesla" Çinin elektrik avtomobillərinin 28%-ni təşkil edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta