ABŞ-ın şimal-şərqində naməlum pilotsuz təyyarələr yenidən görünməyə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə NBC News telekanalı məlumat yayıb.
Məlumata görə, yanvarın 19-dan dronlarla bağlı insidentlər yenidən artmağa başlayıb. Xüsusilə Konnektikut, Nyu-Cersi və Delaver kimi ştatlarda naməlum dronların sayı xeyli çoxalıb.
Qeyd edək ki, 2024-cü ilin sonlarında Nyu-York, Nyu-Cersi və qonşu ştatlarda kütləvi dron müşahidələrindən sonra Federal Aviasiya Administrasiyası ötən dekabr ayında dron uçuşlarına müvəqqəti məhdudiyyət tətbiq etmişdi. Lakin məhdudiyyətlər hazırda qismən aradan qaldırılıb.