AZ

Övladının “Oba” marketdə “yükləndiyini” deyən ata intihar edib

"Oğlundan 9 min manat pul tələb etmişdilər”

Xəzər rayonu, Türkan qəsəbəsinya yaşayan 63 yaşlı Namiq Hüseyn oğlu Əbdülov intihar edib.

O, yaşadığı evin həyətində özünü asaraq, həyatına son qoyub.

Hadisə yanvarın 26-da axşam saatlarında baş verib.

Namiq Əbdülovun canına qəsd etməsinin səbəbinə gəlincə, yaxınları Meydan TV-yə bildirib ki, onun oğlu Natiq Əbdülov 3 ay əvvəl Türkan qəsəbəsindəki "Oba” marketdə kassir vəzifəsinə işə düzəlib.

Yanvar ayının ortalarında mağazanın müdiri Natiq Əbdülovu yanına çağıraraq, kassada 9 min manat çatışmazlıq olduğunu deyib, ondan və digər kassirdən pulu ödəməyi tələb edib. Əks halda, hüquq-mühafizə orqanlarına şikayət olunacağını və həbs ediləcəklərini söyləyib.

Natiq Əbdülov atasına bu barədə danışandan sonra Namiq Əbdülov "Oba” marketin müdiri ilə məsələni müzakirə edib: "Mağazanın müdiri deyib ki, 3 min manat ödənilsə, hüquq-mühafizə orqanlarına şikayət olunmaz. Ailə 3 min manat toplayıb, mağaza müdirinə verib. Bundan sonra onlara deyilib ki, hər ay da hissə-hissə ödəniş edib, əlavə 9 min manatı da verməlidilər. Yəni ümumilikdə onlardan 12 min manat tələb olunub. Namiq Əbdülov oğlunun salındığı çətin durumdan günlərlə çıxış yolu axtarıb. Tanıdığı adamlarla söhbətlərində də başlarına gətirilən oyuna dözə bilmədiyini, oğlunun günahsız olduğunu, təcrübəsizliyindən istifadə edib, ayağına 9 min manat yazıldığını, çox ağır bir yükün altına salındığını deyib. Övladının bu şəkildə yüklənməsi ona çox pis təsir etmişdi. Çarəsizlik onu depressiyaya salmışdı”.

"Oba” marketlər şəbəkəsinin Sabunçu rayonu ərazisində yerləşən başqa bir mağazasındakı səlahiyyətlilər bu günlərdə yetkinlik yaşına çatmamış məktəblini mağazada girov saxlamaları barədə şikayətlərlə gündəmə gəlmişdi.

Məktəblinin valideyni bildirmişdi ki, mağaza rəhbəri ondan 300 manat ödəməyi tələb edib.

Ağlayaraq, o qədər pulu olmadığını deyib.

Borc tapıb, 150 manatını verib, qalan hissə üçün şəxsiyyət vəsiqəsini "Oba” marketdə girov saxlayıblar.
Seçilən
27
50
arqument.az

10Mənbələr