Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə sloveniyalı həmkarı Andrey Benedeyçiçlə Bakının “NATO müttəfiqləri və tərəfdaşlarının enerji təhlükəsizliyinə töhfəsi” müzakirə olunub.
Viral.az xəbər verir ki, bu barədə azərbaycanlı diplomat sosial şəbəkədə yazıb.
“Sloveniyanın NATO-dakı daimi nümayəndəsi Zati-aliləri səfir Benedeyçiç ilə görüşməkdən və geniş mövzular üzrə fikir mübadiləsi aparmaqdan məmnun oldum”, – Hüseynzadə qeyd edib.
Son Yazılar:
- Diplomatlar Bakının enerji təhlükəsizliyinə töhfəsini müzakirə etdilər
- Tanınmış vəkilin fəaliyyəti DAYANDIRILDI
- Qorbaçovun mükafatdan məhrum olunması tələbi ilə Nobel Komitəsinə müraciət edildi
Onun sözlərinə görə, görüşdə “Sülh naminə Tərəfdaşlıq (SnT) Proqramı çərçivəsində Azərbaycan – NATO tərəfdaşlığı, Azərbaycanın NATO müttəfiqləri və tərəfdaşlarının enerji təhlükəsizliyinə töhfəsi barədə səmərəli müzakirə” aparılıb.
“Həmçinin Sloveniya və Azərbaycan arasında ikitərəfli münasibətlər və cari regional hadisələr barədə faydalı söhbət etdik”, – Azərbaycanın alyansdakı nümayəndəliyin başçısı vurğulayıb.