AZ

Fransa deputatı Aİ qoşunlarının Qrenlandiyaya göndərilməsini dəstəkləyir

Fransa parlamentinin deputatı Natali Luazo Avropa İttifaqının (Aİ) qoşunlarını Qrenlandiyaya göndərmək təşəbbüsünü dəstəklədiyini bildirib.

Trend xəbər verir ki, deputat Luazo bu addımın Amerika prezidenti Donald Trampa Qrenlandiyanın təhlükəsizliyini təmin etməyə hazır olduğunu göstərmək imkanı verəcəyini vurğulayıb.

"Avropa İttifaqının müdafiə komitəsinə sədrlik edən general Robert Briqerin Trampa Qrenlandiyanın təhlükəsizliyinə sadiq olduğumuzu göstərmək üçün Aİ qoşunlarının Qrenlandiyaya göndərilməli olduğunu söylədiyini eşitməkdən məmnun oldum. Mən bunu dəstəkləyirəm", - Luazo qeyd edib.

Avropa Parlamentinin deputatı həmçinin qeyd edib ki, Qrenlandiya Avropa İttifaqı ilə əlaqələri gücləndirməyə çalışır. Onun sözlərinə görə, gələn həftə Avropa Parlamentinin nümayəndə heyəti adaya səfər edəcək.
Seçilən
3
1
sherg.az

2Mənbələr