Sumqayıt Narkoloji Dispanserinin baş həkimi Kamil Əmirxan oğlu Mehdiyev vəfat edib.
Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Bildirilib ki, Qarabağ müharibəsi əlili olan Kamil Mehdiyev 2000-ci ildən Sumqayıt Narkoloji Dispanserinə rəhbərlik edib.
Qeyd edək ki, baş həkim uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Tarix: 28 Yanvar 2025, 01:17