AZ

Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirəcək

Berlin, 28 yanvar, AZƏRTAC

Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirəcək.

AZƏRTAC xəbər verir ki, bunu Danimarkanın müdafiə naziri Troels Lund Poulsen mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Danimarka Qrenlandiya, Şimal Buzlu okeanı və Şimali Atlantikanın müdafiəsinə 14,6 milyard kron və ya təxminən 2 milyard avro sərmayə qoyacaq. Vəsaitlə üç yeni Arktika döyüş gəmisi və iki uzaqmənzilli pilotsuz təyyarə də alınacaq. Danimarka, həmçinin peyk və yerüstü müşahidəni genişləndirir. Qrenlandiyalılara adanın suverenliyini qorumaq üçün daha çox böhran vəziyyətinə qarşı təlimlər təklif olunacaq.

Nazir bildirib ki, ayrılacaq sərmayə yalnız başlanğıcdır və bu vəsait yaya qədər artırıla bilər.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
24
35
azertag.az

10Mənbələr