AZ

Ədliyyə Nazirliyi Tramp əleyhdarlarını işdən çıxarır

Birləşmiş Ştatların Ədliyyə Nazirliyinin yeni rəhbərliyi onlarla əməkdaşı işdən azad edib.

Teleqraf.com xəbər verir ki, işdən qovulanlar prezident Donald Trampın əleyhinə cinayət işlərini araşdıran xüsusi prokuror Cek Smitin ofisinin əməkdaşlarıdır.

"Fox News" qurumdaxili mənbələrə istinadən bildirir ki, Ədliyyə Nazirliyində bu işçilərin yeni prezidentin tələb etdiyi qaydada dürüst işləyə biləcəklərinə inanmırlar.

Xatırladaq ki, prokoror Cek Smit özü yanvarın 12-də istefaya gedib.


Müəllif: Teleqraf.com
Seçilən
11
4
teleqraf.com

5Mənbələr