Serbiya hökumətində gözlənilən dəyişikliklər açıqlanıb.
Publika.az xəbər verir ki, davam edən tələbə etirazları fonunda Serbiya Prezidenti Aleksandar Vuçiç nazirlərin yarıdan çoxunun öz postlarını tərk edəcəyini bildirib.
Vuçiç qeyd edib ki, çətin siyasi vəziyyətdə kimin ölkənin gələcəyi üçün döyüşməyə hazır, kimin hazır olmadığı bəlli olub. Onun sözlərinə görə, hökumətin əsas vəzifəsi ölkədə həyatın təşkilinə və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına diqqət yetirməkdir.