Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Hindistanın Baş Naziri Narendra Modiilə ölkəyə Amerika silah və hərbi texnikasının tədarükününartırılması perspektivlərini müzakirə edib.
Trend xəbər verirki, bu barədə Ağ Evin mətbuat xidməti bəyanat yayıb.
Məlumatda qeyd edilir ki, yanvarın 27-də baş tutan "məhsuldarsöhbət" zamanı liderlər əməkdaşlığın genişləndirilməsi vəmöhkəmləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər."Həmçinin, onlar Hind-Sakit okean regionu, Yaxın Şərq və Avropadatəhlükəsizliklə bağlı bir sıra regional mövzulara toxunublar," -deyə bəyanatda vurğulanıb.
Ağ Ev bildirib ki, Tramp Hindistana Amerika təhlükəsizlikavadanlıqlarının tədarükünün artırılmasının və ədalətli ikitərəfliticarət əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini qeydedib.
Müzakirələr zamanı tərəflər Hindistan Baş Nazirinin Vaşinqtonasəfər planlarını da nəzərdən keçiriblər.