AZ

Təbriz klubunun oyununda dava düşdü, 32 nəfər yaralandı

İran çempionatının 17-ci turunda keçirilən "Persepolis" - "Traktor" matçında xoşagəlməz hadisələr yaşanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Görüş zamanı tribunalarda azarkeşlər arasında dava olub.Münaqişə nəticəsində 32 nəfər yaralanıb. Onlardan 3-ü qadındır.

Daşla yaralandığı iddia edilən 3 kişi azarkeş isə xəstəxanaya aparılıb.

"Persepolis" - "Traktor" oyununda meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar. "Persepolis"in baş məşqçisi türk mütəxəssis İsmail Kartaldır.

Seçilən
17
3
sportinfo.az

4Mənbələr