Bir neçə gün əvvəl Dövlət Sərhəd Xidməti tərəfindən narkotik ittihamı ilə həbs edilən gənc aktyor Həsənağa Məmmədov azadlığa buraxılıb.
Bakıvaxtı.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi aktyor barəsində həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.
Həsənağa Məmmədov istintaq prosesində olduğu üçün detallı danışmaqdan imtina edib:
“Məhkəmə araşdırdı və mənim barəmdəki həbs-qətimkan tədbirini dəyişdi”.
Qeyd edək ki, Həsənağa Məmmədov tanınmış aktyordur və Azərbaycanda istehsal edilən bir çox serial və filmdə iştirak edib. O, əsasən Həsən Ağa adı ilə tanınır. (gununsesi.info)