AZ

Senat ABŞ Maliyyə Nazirliyinin rəhbərini təsdiqlədi

ABŞ Senatı ABŞ Maliyyə Nazirliyinin rəhbəri vəzifəsinə Skott Bessentin namizədliyini təsdiqləyib. 

Bakıvaxtı.az "The Associated Press"ə istinadən xəbər verir ki, Bessentin namizədliyini 68 nəfər dəstəkləyib, 29 nəfər isə əleyhinə çıxıb.

 Senatda səs çoxluğunun lideri Con Tun bildirib ki, Bessent yeni vəzifəsi ilə iqtisadiyyatın və bazarların özəl sektorunda zəngin təcrübə, eləcə də işləyən amerikalıların ehtiyaclarına qayğı göstərəcək:

"Bessent Amerika arzusunun hərəkətdə olmasının bir nümunəsidir".

Qeyd edək ki, Skott Bessent 1962-ci ildə Cənubi Karolinada anadan olub. O, əvvəllər demokratları dəstəkləyib və Corc Soros üçün işləyib. 

Gülşən Şərif

Seçilən
30
46
bakivaxti.az

4Mənbələr