Etik davranış qaydalarının pozulması işçinin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının fövqəladə hallar orqanları işçilərinin etik davranış Qaydaları”nda əksini tapıb.
İşçinin intizam məsuliyyətinə cəlb edilməsi qanunla nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. Bu Qaydaların müddəalarının işçi tərəfindən pozulması və ya maraqların toqquşmasına yol verilməsi barədə şikayət və ya digər məlumat daxil olduqda (və ya əldə edildikdə), bu Qaydaların müddəalarının işçilər tərəfindən pozulması etik davranış üzrə müvəkkil tərəfindən müəyyən edildikdə və yaxud bu barədə məlumat mediada dərc edildikdə (yayımlandıqda) xidməti yoxlama (intizam icraatı) başlanıla bilər.