AZ

2 məşhur aktyor barəsində istintaq başladıldı

İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən “Gezi Parkı” hadisələrinin təşkilatçılarından olduğu iddiası ilə menecer Ayşe Barım haqqında istintaq başladılıb.

BEY.AZ xəbər verir ki, Barım, “Türkiyə Cümhuriyyəti Hökumətini ortadan qaldırmaq və ya onun fəaliyyətini maneə törətmək cəhdi” ittihamı ilə ötən cümə günü səhər saatlarında nəzarətə alınmışdı.

Menecerin müştərisi olan aktyorlardan Halit Ergenç və Rıza Kocaoğlu, ifadələrində “tanıq” olaraq iştirak edib, lakin sonradan “yalan tanıqlıq” ittihamı ilə onlar barəsində ayrıca istintaq başladılıb.

Ayşe Barım, prokurorluqda 2,5 saat davam edən ifadəsinin ardından, “Türkiyə Cümhuriyyəti Hökumətini ortadan qaldırmağa və ya onun fəaliyyətini maneə törətməyə yardım etmə” ittihamı ilə həbs tələbi ilə növbətçi Sulh Cəza Hakimliyinə göndərilib.

Kənan YUSİF 

Seçilən
17
1
Bey.az

2Mənbələr