AZ

"Ölünü dirildən" yas mərasimi qiymətləri

Bu dünyanın qaydalarından biri də odur ki, bir gün dünyaya gələn bir gün də gedir. Amma gediş baha başa gəlir. Belə ki, əvvəl şadlıq evlərinə çox rast gəlindiyi halda indi mərasim evlərinə çox rast gəlmək olur. Mərasim evlərinin menyuları elə qiymətədir ki, az qalır "ölünü diriltsin".

Milli.Az xəbər verir ki, 200-300 nəfərlik yas mərasimi 1500-1600 manat arası dəyişir. Bura çay süfrəsi daxildir, yemək yox. Mərasim sahibləri bildirirlər ki, adam sayı çox olanda qiymətdə endirim etmək olar.

Vətəndaşlar da yas mərasimlərinin keçirilməsinə qarşıdırlar.

"Yas mərasimi indi sanki biznes növüdür. Kim nə yemək verdi, necə süfrə açdı, neçə cür şirniyyat gəldi hamisi göstəriş, status xatirinə olan şeylərdir. Yas mərasimdə sadəcə çay süfrəsini kifayət edir. Çünki ölüyə çatan sadəcə dualardır, yeməklər yox". 

Məsələ ilə bağlı deputat Ceyhun Məmmədov bildirib ki, yas yerlərinə cürbəcür yeməklərin verilməsi israfçılıqdır. İslamda belə dəbdəbəli dini mərasimlərin təşkili yoxdur. Bu gün insanlar borc-xərc edib yas mərasimi təşkil edirlər. Ölən ölüb canın qutarsa da, borc-xərc edib yası yola verən 100 dəfə ölüb dirilir. Ona görə də belə təmtəraqlı yasların keçirilməsi insanlarda narahatçılıq yaradır.

Qeyd edək ki, artıq bir neçə rayonumuzda sakinlərin müraciəti əsasında yas mərasimləri ləğv edilib.

Aysel Əkbər
Milli.Az 

Seçilən
6
30
milli.az

10Mənbələr